Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə istifadəyə veriləcək

Cəmiyyət

Ələt Azad İqtisadi Zonasının daxilində inşa olunan yük (karqo) hava limanının gələn il istifadəyə verilməsi planlaşdırılır.

Bunu Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda keçirilən “Texnovasiya - dayanıqlı iqtisadi transformasiya naminə elm və innovasiya” adlı tədbirdə deyib.

V.Ələsgərov bildirib ki, hava limanı yüksəktexnologiyalı şirkətlərin cəlb edilməsinə və zonanın logistika imkanlarının genişlənməsinə xidmət edəcək. İnvestorları cəlb etmək üçün təkcə vergi və gömrük güzəştləri deyil, həm də hazır infrastruktur, sürətli xidmətlər və əlverişli logistika imkanları vacibdir.

Qeyd edək ki, yük (karqo) hava limanının tikintisinə 2024-cü ilin martından başlanılıb və bu, Azərbaycanın azad iqtisadi zona ərazisində yerləşən ilk hava limanı olacaq.