UNEC bu şirkətə 44 min manat köçürür - SƏBƏB...

Cəmiyyət

"Azərbaycan Dövlət İqtisad Universiteti" (UNEC) Publik Hüquqi Şəxsi elmi işlərin və tələbə tezislərinin yoxlanılması məqsədilə antiplagiat xidmətinin satınalınmasını başa çatdırıb.

32gun.az-ın məlumatına görə, universitet bu xidmətin təşkil olunması üçün "Plagiat.Pl Məhdud Məsuliyyətli Cəmiyyəti"nin Azərbaycan Respublikasındakı filialı ilə müqavilə bağlayıb.

"Bir mənbə" metodu ilə reallaşan satınalma müqaviləsinin ümumi məbləği 43 min 919 manat təşkil edir.