Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?
- Bu gün, 17:35
- 97
Xalqxeber.az Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) istinadən xəbər verir ki, yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlıq prosesinin isə məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir.
Bildirilib ki, yeni model üzrə qəbulda 10 və 11-ci sinif şagirdləri iştirak edə bilərlər.
Yeni təmayül tədris modelinin əsas üstünlükləri aşağıdakılardır:
- Akademik nəticələrin yüksəldilməsinə yönəlmiş tədris mühiti
- Abituriyent hazırlığının sistemli və ödənişsiz təşkili
- Səriştəli müəllim kollektivi
-Aylıq sınaq imtahanlarının təşkili
- Akademik hazırlıqla yanaşı, şagirdlərin yaradıcılıq, liderlik və sosial bacarıqlarının inkişafına imkan yaradan dərnəklər
Ətraflı məlumat üçün aidiyyəti regional təhsil idarəsinə müraciət edə bilərsiniz.
Qeyd edək ki, ötən həftə 2026–2027-ci tədris ili üzrə yeni təmayül tədris modelinin tətbiq ediləcəyi ümumi təhsil müəssisələrinə şagird qəbulu elan edilib.