Əlilliyi olan uşaqların qəyyumluq və himayəçilik orqanlarının funksiyaları müəyyənləşdirilib
- Dünən, 15:52
- 135
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla qaydaya yeni bənd əlavə edilib. Bu Qaydada nəzərdə tutulan qəyyumluq və himayəçilik orqanının funksiyalarını himayədar ailəyə verilmiş əlilliyi olan uşaqlara, habelə Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək – valideyn himayəsindən məhrum olmuş əlilliyi olan uşaqlara münasibətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər hallarda isə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar həyata keçirəcəklər.