Sürücülər fərqlənmə nişanlarını daha asan formada alacaq

Cəmiyyət

“Sərnişin və yük daşıyan avtomobil sürücülərinə fərqlənmə nişanlarının verilməsi üçün səyyar xidmətə başlanılıb”.

Bu barədə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı bildirib.

Şöbə müdiri deyib: “Bu gündən etibarən Dövlət Avtomobil Nəqliyyatı Xidməti fərqlənmə nişanlarının və digər sənədlərin daha tez, rahat və yerində verilməsi üçün sərnişindaşıma və yükdaşıma fəaliyyəti göstərən sürücülər üçün xüsusi proqramla təchiz olunmuş mikroavtobuslarla səyyar xidmət göstərilməsinə başlayır”.