İranın XİN başçısı müsəlman ölkələrini həmrəyliyə çağırdı
- 30-05-2026, 15:16
- 1 385
Araqçı sosial media paylaşımında bildirib:
“Çox həssas bir dövrdə sülhsevər müsəlman liderləri sülhün yolunu açmaq üçün çiyin-çiyinə dayanırlar”.
Nazir əlavə edib ki, mövcud şəraitdə regional ölkələr arasında həmrəylik və əməkdaşlıq çox vacibdir və müsəlman liderlərinin birgə səyləri tarixə düşəcək.
İranlı nazir paylaşımını bütün müsəlmanlara Qurban bayramı təbriklərini çatdıraraq yekunlaşdırıb.