Gürcüstan Prezidenti Qurban bayramı münasibətilə müsəlman icmasını təbrik edib
- 27-05-2026, 17:42
- 877
Prezident çıxışında Gürcüstanda dini tolerantlığın və müxtəlif icmalar arasında qarşılıqlı hörmətin ölkənin əsas dəyərlərindən biri olduğunu vurğulayıb.
O qeyd edib ki, müsəlman icması Gürcüstan cəmiyyətinin ayrılmaz hissəsidir və ölkənin sosial-mədəni həyatında mühüm rol oynayır.
Dövlət başçısı Qurban bayramının sülh, həmrəylik, mərhəmət və xeyirxahlıq kimi dəyərləri təcəssüm etdirdiyini bildirib və bütün müsəlman icmasını bayram münasibətilə təbrik edib.
Prezident, həmçinin Gürcüstanda dini azadlıqların qorunmasının və bütün vətəndaşların öz dini ayinlərini sərbəst şəkildə icra etməsi üçün lazımi şəraitin yaradılmasının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edib.
Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze isə ölkədə dini azadlıqların təmin olunmasından danışıb.
Tədbirdə, həmçinin Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, eləcə də müxtəlif ölkələrin diplomatik korpusunun nümayəndələri iştirak ediblər.