“Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə dəyişiklik edilib
- 18-05-2026, 14:44
- 317
Bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov qərar imzalayıb.
Qərara əsasən, gömrük orqanlarının vəzifəli şəxsləri onlara korrupsiya ilə bağlı təklif edilən qanunsuz üstünlüklər, maddi və qeyri-maddi nemətlər, imtiyaz və güzəştlərlə bağlı məlumatı artıq yalnız bilavasitə rəhbərlərinə deyil, Komitənin korrupsiya ilə əlaqədar hüquqpozmalar üzrə məlumatları qəbul edən və araşdıran səlahiyyətli struktur bölməsinə (şəxsinə) təqdim etməlidirlər.