Bağçalara sənəd qəbulu üzrə növbələrin yaradılması dayandırılır
- 15-05-2026, 17:48
- 949
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, fasilə müddətində sistemdə olan, lakin hələ təsdiqlənməmiş sorğular silinəcək.
Qeyd edilib ki, bq.edu.az vasitəsilə növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul ilə bağlı geniş məlumat yaxın zamanda ictimaiyyətə təqdim ediləcək.