Ramin Məmmədov mayın 20-də Qusarda vətəndaşları qəbul edəcək
- 15-05-2026, 10:34
- 217
Bu barədə komitədən məlumat verilib.
Bildirilib ki, Ramin Məmmədov mayın 20-də Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul saat 10:00-da Qusar rayon Heydər Əliyev Mərkəzində (ünvan: Qusar şəhəri, M.Vəliyev küçəsi) keçiriləcək.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinə (əlaqə vasitələri: (023) 336 22 70, (050) 689 07 26, chairman@scara.gov.az, dk-quba@scara.gov.az) müraciət etmələri xahiş olunur.