Azərbaycana virusa qarşı yeni peyvənd gətiriləcək

Cəmiyyət

Səhiyyə Nazirliyinin Səhiyyənin Təminat Mərkəzi qripə qarşı yeni peyvənd alacaq.

Bu barədə nazirlikdən məlumat verilib.

Məlumata əsasən, qurum qripə qarşı 4 valentli, 1 dozalıq şprisdə 50.000 ədəd peyvənd sifariş edir.

Peyvəndlərin idxalına 1,1 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb. (İqtisadiyyat.az)