Şagirdlər üçün çox vacib sənəd hazırlandı
- 12-05-2026, 17:43
- 1 087
Çərçivə sənədi qiymətləndirmənin nəyi necə ölçdüyünü müəyyən edən əsas konseptual sənəddir. Bu sənəd qiymətləndirmənin hazırlanması, tətbiqi və nəticələrin hesabatlaşdırılması prosesində vahid yanaşmanı, ardıcıllığı və şəffaflığı təmin edir.
Bu il yenilik olaraq 4-cü siniflər üzrə tədris dili fənnindən 2 mətni əhatə edən ümumilikdə 27 tapşırıq tərtib ediləcək. Bunlardan 2-si açıq yazılı tapşırıq olacaq (hər mətndən 1 açıq tapşırıq olmaqla), həmçinin şagirdlərin sözləri tanıma bacarıqlarının ölçülməsini hədəfləyən 3 ədəd şəkil əsaslı tapşırıq veriləcək. Riyaziyyat fənni üzrə isə ümumilikdə 5 açıq tapşırıq nəzərdə tutulur, bunlardan 3-ü həlli tələb olunmayan, 2-si isə həlli tələb olunan açıq tapşırıq olacaq.
6-cı siniflər üzrə tədris dili fənnindən 5 mətni əhatə edən ümumilikdə 25 tapşırıq tərtib ediləcək. Bunlardan 2-si açıq yazılı tapşırıq olacaq (seçilmiş 2 mətndən hər birində 1 açıq tapşırıq olmaqla), riyaziyyat fənni üzrə sualların strukturu isə 4-cü siniflərdə olduğu kimidir: 3-ü həlli tələb olunmayan, 2-si isə həlli tələb olunan açıq tapşırıq veriləcək.
Aşağıdakı keçidə daxil olaraq 4-cü və 6-cı siniflər üzrə manitorinq qiymətləndirmə çərçivə sənədi ilə tanış ola bilərsiniz:
Monitorinq qiymətləndirmə çərçivə sənədi_2026