İqtisadiyyat Nazirliyinin rəhbərliyi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
- 9-05-2026, 16:58
- 1 313
Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, Ümummilli Liderin məzarı önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılıb.
Azərbaycanda dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, ölkəmizin müstəqilliyinin gücləndirilməsi və beynəlxalq nüfuzunun artması Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji kursun nəticəsidir. Ulu Öndərin formalaşdırdığı inkişaf xətti bu gün də Azərbaycanın dayanıqlı tərəqqisinin əsasını təşkil edir.