“Tempo Baku” restoranındakı insidentlə bağlı açıqlama: Hadisənin obyektə heç bir aidiyyəti yoxdur
- 13-04-2026, 18:33
- 735
Restoranın səlahiyyətli nümayəndəsi Ümid Kərimbəylinin sözlərinə görə, hadisə obyektin daxilində deyil, məhz qarşısında - ictimai ərazidə qeydə alınıb. O bildirib ki, insidentdə iştirak edən şəxslərin restoranla və ya onun fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur.
Ümid Kərimbəyli qeyd edib ki, bəzi media qurumları hadisəni əsassız şəkildə restoranla əlaqələndirməyə çalışır:
“Bu yanaşma düzgün deyil. Hadisə yerində təhlükəsizlik kameraları mövcuddur və hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılıb qərar veriləcək.
Sonda isə ictimaiyyətə və media nümayəndələrinə çağırış edilib:
“Məlumatları dəqiqləşdirərək yaymaq və restoranın adının əsassız şəkildə hallandırılmamasına diqqət yetirmək xahiş olunur.”