31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür

Cəmiyyət

 
Azərbaycan tarixində unudulmaz, əbədi olaraqyaddaşlara həkk olunan günlər, tarixinsəhifəsindən silinməz anlar çoxdur. Təəssüf ki, Azərbaycan tarixinə bir çox şanlı səhifələrləyanaşı, faciələr və soyqırım aktları ilə dolusəhifələr də yazılıb. Xalqımız tarixinin bütünmərhələlərində öz torpağını, dövlətini vədövlətçiliyini qorumaq üçün hər zaman əzab-əziyyətə məruz qalıb. Bu dəhşətli hadisələrdənbiri də 1918-ci ilin mart-aprel aylarında yaşanan, Bakı Sovetinin mandatı altında fəaliyyət göstərəndaşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusiqəddarlıqla törədilmiş kütləvi qırğınlardır.
1918-ci ilin mart soyqırımları öz amansızlığınavə miqyasına görə təkcə Azərbaycan tarixindədeyil, bəşər tarixində də ən qanlı faciələrdənbiridir. Əllərinə düşən fürsətdən istifadə edənermənilər uşaq, qoca, qadın demədən minlərləinsanı qılıncdan keçirdilər, diri-diri yandırdılar, Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədəvə digər bölgələrdə xüsusi qəddarlıqla həyatakeçirildi. Bu ərazilərdə 30 mindən çoxazərbaycanlı qətlə yetirildi, 10 minlərlə insan öztorpaqlarından qovuldu, şəhər və kəndləryandırıldı, milli mədəniyyət abidələri dağıdılıbməhv edildi. On minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talışmilliyyətinə mənsub insanlar da bu soyqırımınqurbanı oldular.
Ermənilərin azərbaycanlılara qarşı soyqırımlarıXX əsrin sonlarında bir daha təkrarlandı. Millətçi-separatçı ermənilərin Azərbaycanda başlatdığıhərbi cinayətlərin nəticəsi olaraq minlərləsoydaşımız şəhid oldu, bir milyondan çox insan özdoğma yurd-yuvalarından didərgin salındı.
Azərbaycan dövlət müstəqilliyini bərpaetdikdən sonra xalqımızın tarixi keçmişininobyektiv mənzərəsini ortaya qoymaq imkanıyarandı, uzun illər gizli saxlanılan, üzərinə qadağaqoyulmuş həqiqətlər bir-bir açılırdı, xalqımızıntarixinin əbədi yaşaması üçün əməli tədbirlərhəyata keçirildi.
Azərbaycan xalqına qarşı törədilmiş bütünsoyqırım faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev“Azərbaycanlıların soyqırımı haqqında” Fərmanimzalamışdır. Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elanedilmişdir. Həmin Fərmanın icrasının ardıcıl vəmütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı UluÖndər Heydər Əliyev 30 mart 1999-cu ildətədbirlər planı təsdiq etmişdir.
Ulu Öndər Heydər Əliyev həmin tarixiFərmanında ermənilərin azərbaycanlılara qarşıdüşünülmüş, planlı surətdə həyata keçirdiyisoyqırımı siyasətinin ayrı-ayrı mərhələləri diqqətəçatdırılır. Qeyd olunur ki, Azərbaycan XalqCümhuriyyətinin varisi kimi AzərbaycanRespublikası bu gün onun axıra qədər həyatakeçirə bilmədiyi qərarların məntiqi davamı olaraqsoyqırımı hadisələrinə siyasi qiymət verməkborcunu tarixin hökmü kimi qəbul edir.
Sözügedən Fərmanla soyqırımı aktlarınasiyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılantədqiqatlara, həqiqətin üzə çıxarılmasıistiqamətində səylərin artırılmasına təkan verdi. Aparılmış araşdırmalar sayəsində bir çox yenifaktlar və sənədlər toplanıb, habelə Qubaşəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmıştarixi faktlar 1918-ci ilin mart-aprel aylarında vəsonrakı dövrlərdə erməni millətçilərinin həyatakeçirdikləri qanlı aksiyaların coğrafiyasının dahageniş və faciə qurbanlarının sayının qat-qat çoxolduğunu sübuta yetirir.
Soyqırım həqiqətlərinin dünya ictimaiyyətinəçatdırılması, Azərbaycan xalqının gələcəknəsillərinin milli yaddaşının qorunması vəsoyqırımı qurbanlarının xatirəsininəbədiləşdirilməsi məqsədilə görülən böyük işlər, əsası qoyulan uğurlu siyasət Prezident İlhamƏliyev tərəfindən bu gün də ləyaqətlə davametdirilir. Ölkə başçısının 30 dekabr 2009-cu iltarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımımemorial kompleksi“nin yaradılmasına qərarverilmişdir. Ümumi sahəsi 3,5 hektarolan və 5 hissədən ibarət kompleks 2012-2013-cü illərdəQuba şəhərində Qudyalçayın sol sahilində inşaedilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır.
Qeyd edilməlidir ki, BMT-nin 9 dekabr 1948-ci iltarixində “Soyqırımı cinayətinin qarşısınınalınması və cəzalandırılması haqqında” qəbulounan Konvensiyasına əsasən milli, etnik, irqiqrupları tam və ya qismən məhv etmə niyyəti ilətörədilən hərəkətlər beynəlxalq hüquqa görəcinayət sayılır.
31 mart soyqırımı bəşəriyyət tarixində bircinayət, faciə kimi qalmaqla yanaşı, həm dəAzərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Xüsusilə, İkinci Qarabağ-Vətən Müharibəsində AliBaş Komandan, Böyük Sərkərdə İlham Əliyevintapşırığını yerinə yetirən müzəffər AzərbaycanOrdusunun qəhrəman övladları xalqımıza qarşıtörədilmiş bütün vəhşiliklərin, soyqırımlarınqisasını aldı.
Azərbaycan və Ermənistan liderləri arasında2020-ci ilin 10 noyabr tarixində RusiyaFederasiyası Prezidentinin iştirakı ilə üçtərəfliBəyanatın, 08 avqust 2025-ci il tarixindəVaşinqton şəhərində Amerika Birləşmiş ŞtatlarıPrezidentinin iştirakı ilə üçtərəfli Bəyannaməninimzalanması və Sülh Sazişinin müddəalarınınparaflanması xalqımızın uzun illər ərzində məruzqaldığı ədalətsizliklərə son qoydu.
Bu gün isə dünya siyasi arxitekturasınınyeniləndiyi bir dövrdə Azərbaycan uğurla özsülhsevər missiyasını həyata keçirir. Ölkəmizmüstəqilliyini, bərpa etdiyi suverenliyi və ərazibütövlüyünü qoruyur, doğma Qarabağımızdatürkdilli dövlətlərin, digər tərəfdaş ölkələrin yardımıilə müasir çağırışları tətbiq edərək sürətləyenidənqurma işləri aparmaqla, Cənubi Qafqazdasülh, əmin-amanlıq, təhlükəsizliyi təmin edir.
Beləliklə, Azərbaycan yeniləşən dünyamızdamövqeyini bərkitməklə bizə dost olan istər qonşu, istərsə də dünya dövlətləri ilə birlikdə xalqlar üçünrifah içində gələcək qurmağa çalışır.
 
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası