Fuad Oktay: TRIPP bütün region, o cümlədən Gürcüstan üçün faydalı olacaq
- 24-02-2026, 17:35
- 568
Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuad Oktay Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan Parlamentlərinin Xarici əlaqələr komitələrinin X üçtərəfli görüşündə deyib.
O, ölkəsinin Azərbaycan-Ermənistan normallaşma prosesini tam dəstəklədiyini bildirib.
“Bakı və İrəvanın atdığı son addımları etimadqurucu tədbilər hesab edirik”,- Oktay qeyd edib.
Türkiyəli rəsmi TRIPP layihəsinin bütün region üçün, o cümlədən Gürcüstan üçün faydalı olacağını vurğulayıb.
“Türkiyə Ermənistanla normallaşma prosesini davam etdirir. Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan normallaşması regionda sülh və stabilliyin güclənməsinə töhfə verəcək. Gürcüstanın burada koordinasiyası və dialoqa töhfəsi çox dəyərlidir”, - Fuad Oktay bildirib.
O, Azərbaycan, Türkiyə və Gürcüstan arasında enerji sahəsində əməkdaşlığın daha da artırıla biləcəyini deyib.