Federasiyaya yeni baş katib təyin edildi
- 21-02-2026, 14:49
- 539
Əjdər Cəfərov Federasiyanın yeni baş katibi təyin edilib.
Qeyd edək ki, Ə.Cəfərov bu təyinatadək Badminton Federasiyasının prezidenti Taleh Ziyadovun idman məsələləri üzrə müşaviri vəzifəsini icra edib.
Əjdər Cəfərov 2011-2016-cı illərdə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində çalışıb. O, idman ustası, əməkdar məşqçi və olimpiya kateqoriyalı beynəlxalq hakimdir.
2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.