“Elşad Həsənov əmlakımı talan edib” – Yasamal sakinindən ŞİKAYƏT
- 17-02-2026, 12:43
- 644
Tribuna.az xəbər verir ki, bu barədə şikayətçi Ramin Əlizadə Yasamal İH-in Feysbuk səhifəsində yazıb.
“Niyə 6 aydır mənim müraciətimə baxmır, bu təriflədiyiniz icra hakimi?! Boş vədlər və məmur özbaşınalığı hökm sürür bu adamın rəhbərlik etdiyi qurumda!
Bu icra başçısı mənim 1500 AZN dəyərində əmlakımı məndən xəbərsiz talan edən öz işçisi Xaliq adlı şəxsə deyir ki, hər ay müəyyən məbləğdə ödəniş etsəydin indi ödəyib qurtarmışdın. Amma Xaliq öz bildiyini edir, bu icra hakimini vecinə almır. Budur sizin təriflədiyiniz icra hakimi?! Ona kim qulaq asır?”.
Məsələ ikə bağlı Yasamal İH-lə əlaqə yaratmağa çalışdıq. Lakin davamlı zənglərimizə baxmayaraq telefonlarımıza cavab verən olmadı.