Azərbaycan motoklublarının prezidentlərinin strateji görüşü keçirildi
- 15-02-2026, 19:09
- 1 199
Görüş Bakının 2026-cı il üçün “World Capital of Sport” (Dünya İdman Paytaxtı) statusuna seçilməsi fonunda, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunur və ölkədə motoidmanın inkişafına yönəlib.
Əsas müzakirə mövzuları sırasında Bakı və Azərbaycan tarixində ilk genişmiqyaslı motoparadın təşkili, beynəlxalq mototurlar, motosportun inkişafı və motoklublar arasında əməkdaşlığın gücləndirilməsi yer alır.