İmişli rayonu Hacıalmuradlı kənd orta məktəb şagirdinin fiziki zorakılığa məruz qalması ilə bağlı görüntünün yayılmasından sonra, məsələ ilə bağlı araşdırma başladıldı. Ancaq başladılan araşdırma barədə hələki hansısa bir açıqlama verilməyib.
XALQ daxil olan məlumata görə şagirdi döyən Hacıalmuradlı kənd orta məktəbinin direktoru Ruslan İbayevi müdafiə edənlərdən biri də Milli Məclisin deputatı Müşfiq Cəfərovdur. Belə ki, deputat Müşfiq Cəfərov Hacıalmuradlı kənd orta məktəbinin hərbi müəllimi Anar İbayevin xalası oğludur.
Hərbi müəllim
Anar İbayev isə direktor
Ruslan İbayevin əmisi oğludur.
Deputat Müşfiq Cəfərov Bildirilir ki, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri
Bəhruz Nəbilinin bütün gücü ilə şagirdi döyən məktəb direktoru Ruslan İbayevi müdafiə etməsinin arxasında məhz deputat
Müşfiq Cəfərov və sektor müdiri
Elşad Uğurliyev faktoru dayanır.
Bəhruz Nəbili Milli Məclisin deputatı
Müşfiq Cəfərova və
Bəhruz Nəbiliyə arxalanan Ruslan İbayev 5 ay müddətində orta məktəbdən 4 işçini işdən çıxardıb.
Məktəb direktoru Ruslan İbayevHətta Ruslan İbayev məktəbin adını daşıdığı şəhid Qoşqar Tarverdiyevin qardaşı Zaur Tarverdiyevi də işindən azad edib. Şəhid qardaşı üzləşdiyi haqsızlıqla bağlı dəfələrlə Ruslan İbayevdən şikayətlər etsədə, sonda direktoru himayədarları qorumağı bacarıblar.
AzFakt.com