Bu il 8 min müəllim attestasiyaya cəlb olunacaq
- 5-02-2026, 12:06
- 548
Bunu nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini Yaşar Zeynalov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ümumilikdə, il ərzində 8 min müəllimin attestasiyaya cəlb olunacağı planlaşdırılıb.
Nazirlik rəsmisi builki attestasiya prosesinin fevralın 10-da başlanılacağını və prosesin iyul ayına qədər yekunlaşacağını bildirib:
"Yalnız Naxçıvandakı təhsil müəsisəsələrinin təhsilverənləri üçün attestasiya ilin sonunda keçiriləcək". ("Report")