Quba meşəsində itkin düşən uşağın əzizlərinə qovuşması - VİDEO

Cəmiyyət

Quba rayonunda meşədən tapılan 6 yaşlı uşaq valideynlərinə təhvil verilib.

Avqustun 28-də rayonun Əski İqrığ kəndinin ərazisindəki meşədə itkin düşən 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu meşə massivindən tapılıb. Uşaq öncə müayinə olunması üçün Quba Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun səhətinin normal olduğu bildirilir. Uşaq valideynlərinə təhvil verilib.