Dünən gecədən Bakıda güclü külək səbəbilə 19 ağac sınıb
- 4-02-2026, 10:43
- 457
Bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi məlumat yayıb.
Bildirilib ki, dünən axşamdan davam edən güclü küləklə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar:
"Sınan ağaclar və qırılan budaqlar birliyin növbətçi briqadaları tərəfindən operativ şəkildə görütülür və ərazi təmizlənir".