Bu Fərmanın icra müddəti başa çatıb
- 29-01-2026, 13:26
- 718
Bunu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova 2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflər mövzusunda keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bundan sonra həmin mexanizmlə yeni müraciətlər qəbul edilməyəcək: “14 iyun 2023-cü il tarixli 2149 nömrəli sözügedən Fərman çərçivəsində sahibkarlara və vətəndaşlara qeyri-yaşayış təyinatlı tikililərin istismarına icazə verilməsi və mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi üçün müəyyən müddət ərzində imkan yaradılmışdı. Fərmanın qüvvədə olma müddəti başa çatıb və artıq bu mexanizm üzrə müraciətlər qeydə alınmır”.