Nəsimi və Nərimanovun bəzi ərazilərində qaz olmayacaq
- 27-01-2026, 09:19
- 416
"Azəriqaz"dan verilən məlumata görə, Azadlıq və Z.Bünyadov prospektlərinin kəsişməsində sayğacın quraşdırılması və eyni zamanda R.Məmmədov küçəsində qaz kəmərində sızmanın aradan qaldırılması məqsədilə 27.01.2026-cı il tarixdə saat 10:00-dan etibarən Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq.