Ceyhun Bayramov Hakan Fidanla danışdı
- 20-01-2026, 14:39
- 292
Bu haqda Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı, Azərbaycan-Türkiyə arasında ikitərəfli, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə olunub.
Bununla yanaşı, regional təhlükəsizlik məsələləri, Yaxın Şərqdə vəziyyət, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesi ətrafında fikir mübadiləsi aparılıb.