Baş nazirlə spiker Şəhidlər xiyabanını ziyarət etdi 20-01-2026, 09:38 279 Cəmiyyət Baş nazir Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.Əli Əsədov və Sahibə Qafarova faciə qurbanlarını yad edib, şəhidlərin məzarları üstünə qərənfillər düzüblər.