Bakı sakini Baku City MTK rəhbəri tərəfindən aldadıldığını iddia edir VİDEO
- 16-01-2026, 17:36
- 323
Xalq-ın məlumatına görə, Səadət Kərimova deyir ki, onun ərazidən çıxartmaq üçün əllərindən gələni edirlər.
Şikayətçinin sözlərinə görə, ona vəd olunan 621 kv/metr əvəzinə 484 kv/metr olmaqla, üç ev veriləcəyi vəd edilsə də, 57 kv/metr də buradan kəsilib. O da tam təhvil verilməyib, evlərin açarı isə dəyişdirilib.
Məsələ ilə bağlı sözügedən “Baku City” şirkəti ilə əlaqə yaratmağa çalışdıq. Bildirdilər ki, hazırda iş məhkəmədədir, iddiaları cavablandırmaq üçün məhkəmədən çıxacaq qərarı gözləmək lazımdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.