Xidmət rəisi Neftçalada vətəndaş qəbulu keçirəcək
- 7-01-2026, 12:40
- 370
Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb
Bildirilib ki, yanvarın 16-da SHXÇDX rəisi general-mayor Mürsəl İbrahimov Xidmətin Neftçala rayon şöbəsinin inzibati binasında Neftçala, Salyan, Şirvan və Hacıqabul şəhər və rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbula yazılmaq istəyən vətəndaşların 12 yanvar tarixinədək SHXÇDX-nin adları qeyd olunan rayon şöbə və bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına (info@seferberlik.gov.az) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.