Azərbaycan-Küveyt münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
- 30-12-2025, 15:41
- 476
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən xəbərə görə, Küveytin Baş nazirinin təşəbbüsü ilə baş tutmuş telefon danışığı əsnasında Azərbaycan-Küveyt münasibətlərinin dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında bir çox sahələrdə inkişaf etdiyi vurğulanıb.
Hökumət başçıları iki ölkə arasında əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər, qarşılıqlı faydalı əməkdaşlığın gündəliyində duran bir sıra aktual məsələləri nəzərdən keçiriblər.