Əli Şəfiyevə Qaradağ rayonunda hansı vəzifəli şəxs qanunsuz daş karxanası işlətməsinə icazə verib? -Videofakt

Cəmiyyət

Qaradağ rayonu ərazisində qanunsuz daş, qum və çınqıl çıxarılan mədənlərin fəaliyyətinə kimlər icazə verib?

Xalq xəbər verir ki, heç bir rəsmi icazəsi olmadan fəaliyyət göstərən karxanalar  vergidən yayınır və əraziyə  ekoloji zərər vururlar. Bu səbəbdən Ekologiya və Təbii Sərvətlər Nazirliyin yanında Dövlət Mineral Xammal Ehtiyatları Agentliyi, Dövlət Əmlak Komitəsi və Vergi orqanları tərəfindən ciddi nəzarət olunmur.

Qeyd edək ki, ötən ay  Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı müavini Nadir Muradov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin apardığı yoxlamalar nəticəsində, vəzifədən sui-istifadə və digər korrupsiya faktlarına görə həbs edilib və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib; onunla birlikdə İcra Hakimiyyətinin digər vəzifəli şəxsləri  və Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşı da həbs olunublar.

media-suley

Lakin göründüyü kimi 15 ildir Qaradağ rayonu İcra Hakimiyyətinin başçısı olan Süleyman Mikayılov bu kimi ciddi qanun pozuntularından nəticə çıxarmayaraq rayon ərazisində fəaliyyət göstərən karxanalara hansı şərtlərlə icazə verdiyi müəmmalıdır.

Heç bir rəsmi icazəsi olmadan fəaliyyət göstərən daş karxanası  Əli Şəfiyev adlı şəxs tərəfində fəaliyyət göstərməsi ilə bağlı məlumatlar verilir.

Məsələ ilə bağlı rayon İcra Hakimiyyətindən və aidiyyatı qurumlardan heç bir açıqlama almaq mümkün olmadı.(Xalq.online)

Qurumların fikirlərinidə dərc etməyə hazırırq.

Həmin görüntüləri təqdim edirik:

VİDEO LİNKDƏ: https://xalq.online/eli-sefiyeve-qaradag-rayonunda-hansi-vezifeli-sexs-qanunsuz-das-karxanasi-isletmesine-icaze-verib-videofakt