ANAMA Xocalıya köçən sakinlərə maarifləndirmə tədbiri keçib
- 25-12-2025, 16:48
- 393
Bu barədə ANAMA məlumat yayıb.
Bildirilib ki, tədbir çərçivəsində sakinlərə əsas təhlükəsizlik qaydaları, şübhəli ərazilərin əlamətləri və xəbərdarlıq nişanları barədə məlumat verilib, təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamaq, eləcə də şübhəli əşyalara toxunmamaq çağırışları edilib.
Agentliyin nümayəndələri sakinlərə müxtəlif növ qabaqlayıcı və maarifləndirici çap materialları da paylayıb.