Parlament Azərbaycan və Türkiyə arasında təhsillə əlaqədar əlavə protokolları təsdiqləyəcək
- 19-12-2025, 17:30
- 353
Bu, Milli Məclisin 23 dekabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Beləliklə, aşağıdakı əlavə protokollar təsdiqlənəcək:
- Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
-“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.