Azərbaycanda vergi güzəştləri ləğv edilmir - RƏSMİ
- 7-11-2025, 13:55
- 305
Bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, burada vergi güzəştlərinin ləğvindən söhbət getmir.
Nazir müavini bildirib ki, indi bu məsələyə yeni bir vergi güzəşti növü tətbiq olunacaq.
“Yəni 2 500 manatadək əməkhaqqı alan insanlara əvvəl 14 % vergi tətbiq olunmalı idi, gələn ildən isə bu 3% olaraq müəyyən edilib. Mənə elə gəlir ki, Azərbaycanda 2 500 manat əməkhaqqı alan insanların sayı kifayət qədər çoxdur və 3 % o qədər də böyük məbləğ deyil”, - deyə o bildirib.