Kontakt Home bizi necə aldadır? – 230 manatlıq Samsung J2 prime 342 manata
- 25-08-2017, 13:35
- 111 452
Məlumat üçün qeyd edək ki, artıq Türkiyə və Gürcüstanda vətəndaşın icazəsi olmadan onun mobil telefonuna reklam məqsədli sms-lərin göndərilməsi qanunla qadağan olunub.
Məsələn müraciət edən istehlakçılar daha çox Kontakt Home dükanlar şəbəkəsinin reklamlarından şikayətçidirlər. Şikayətçilər deyir ki, mütəmadi olaraq onlara satış məqsədilə güya faizsiz, ilkin ödənişsiz kreditlər təklif edilir. Məsələn bu günlərdə kütləvi olaraq abunəçilərə “ayda cəmi 19 manata, ilkin ödənişsiz Samsung J2 Prime” mətnləri gəlir.
Bizim araşdırmalar zamanı bəlli olub ki, Samsung J2 Prime telefonları 18 aylıq kreditlə verilir. İlkin ödəniş olmasa da bu mobil telefonlar 18 aydan sonra vətəndaşa 342 manata başa gəlir. Hazırda ölkə daxilində telefon satışı ilə məşğul olan bir sıra dükanlarda bu telefon markasının qiyməti 230-260 manat arasında dəyişir. Deməli Kontakt Hom-un təklif etdiyi “ayda 19 manat ilkin ödənişsiz” telefonlar əslində 18 ay üçün 50 faiz kreditlə, 100 manat baha qiymətə satılır.
GUNDEMİNFO.AZ