Məktəb bazarlığı etməli olan valideynlərin diqqətinə! - Video
- 25-08-2017, 10:51
- 93 037
Biz də Nərimanov və “28 May” ərazisində salınmış yarmarkalara baş çəkdik, qiymətlərlə maraqlandıq. Satıcıların sözlərinə görə, dolların qiyməti sabit qaldığı üçün, ötən ilə nisbətən qiymətlərdə hər hansı bir dəyişiklik yoxdur.
“Bəs valideynlər bu yarmarkaları nə üçün seçməlidir?” sualımıza cavab isə belə oldu: “Bizdən 10 qəpiyə alıb ətrafdakı mağazalarda 30 qəpiyə satırlar. Endirimlərimiz də olur, çalışırıq valideynlərin büdcəsini nəzərə alaq”.
Bu yarmarkalar sentyabrın 25-dək fəaliyyət göstərəcək.
Yarmarkalardan hazırladığımız videoreportajı təqdim edirik:
“Qafqazinfo”