“Oliqarx Baku“ restoranında müştəriləri belə aldadırlar: Saxta içkilər aşkarlandı
- 27-09-2025, 13:49
- 442
Bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, baxış zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, isti yeməklərin və soyuq qəlyanaltıların hazırlanmasının eyni sahədə həyata keçirildiyi, havalandırma sisteminin quraşdırılmadığı və işçilərin tibbi müayinədən keçirilmədiyi müəyyən olunub.
Bundan başqa, müəssisədə üzərində saxtakarlıq əlamətləri olan alkoqollu içkilər aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib. İstehlaka yararsız məhsullar dövriyyədən çıxarılaraq müvafiq sınaq laboratoriyasına təqdim edilib.(Xalq.online)