"Sədərək" ticarət mərkəzində yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib
- 24-08-2025, 18:00
- 329
Bu barədə “Report”a TƏBİB-dən bildirilib.
Çağırış əsasında 3 təcili tibbi yardım briqadası ünvana cəlb olunub.
Təcili tibbi yardım briqadasına ümumilikdə, 4 nəfərin (kişi cinsli) müraciəti qeydə alınıb.
Onlardan 2 nəfər ilkin tibbi yardımdan sonra Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Hər iki şəxsə tüstüdən zəhərlənmə diaqnozu təyin olunub və zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilir, müalicələri davam etdirilir.
Digər 2 nəfərə (kişi cinsli) isə təcili tibbi yardım briqadası tərəfindən yerində tibbi yardım göstərilib.