Nazirlik və komitələrin mətbuat katibləri - Onları necə tanıyırsınız? - SİYAHI
- 16-08-2025, 16:17
- 363
Bəs nazirliklərin və Dövlət komitələrinin Mətbuat xidmətlərinə hazırda kimlər rəhbərlik edir?
Siyahını təqdim edirik:
Daxili İşlər Nazirliyi: Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyevdir. O bu vəzifəni 2023-cü ildən icra edir.
Fövqəladə Hallar Nazirliyi: Mətbuat xidmətinin rəhisi Gülçin Mehdiyevadır.
Xarici İşlər Nazirliyi: Ayxan Hacızadə 2022-ci ildən Azərbaycan XİN-in Mətətbuat xidməti idarəsinin rəhbəridir.
Elm və Təhsil Nazirliyi: 2023-cü ildən nazirliyinin İctimai əlaqələr və kommunikasiya xidmətinə Səbuhi Rzayev rəhbərlik edir.
Gənclər və İdman Nazirliyi: İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qabil Mehdiyev 2022-ci ildə bu vəzifəyə təyin edilib.
Ədliyyə Nazirliyi: Ötən il qurumun mətbuat xidmətinin rəisi vəzifəsi Ləman Hüseynzadəyə həvalə edilib.
Dövlət Təhlükəsizliyi Xidməti: Mətbuat xidmətinin rəhbəri Tamerlan Rəhimov.
Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi: Artıq 7 ildir ki, nazirliyin mətbuat katibi Fazil Talıblıdır.
İqtisadiyyat Nazirliyi: Nazirliyin mətbuat katibi Leyla Zamanovadır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi: İradə İbarhimova uzun illərdir bu nazirliyinin mətbuat katibi vəzifəsində çalışır.
Energetika Nazirliyi: Hazırda mətbuat katibi Cahid Mikayılovdur. O, 20 oktyabr 2020-ci il tarixindən Nazirlikdə Mətbuat sektorunun müdiridir.
Kənd Təsərrüfatı Nazirliyi: İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri vəzifəsinin icrası 2019-cu ildə Vüqar Hüseynova həvalə olunub.
Maliyyə Nazirliyi: 2021-ci ildə Mais Piriyev İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.
Mədəniyyət Nazirliyi: Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimovadır. O, həmin vəzifəyə 2 il əvvəl - 2023-cü ildə təyinat alıb.
Müdafiə Nazirliyi: Ötən ilin sentyabrında Müdafiə Nazirliyində Mətbuat xidməti ləğv edilib. Əvəzində Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi yaradılıb. İdarə rəisi vəzifəsinə isə polkovnik Anar Eyvazov rəhbərlik edir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi: Mətbuat xidmətinin rəhbəri Pərvanə Əliyevadır.
Səhiyyə Nazirliyi: Pərviz Əbubəkirov 2018-ci ildən burada mətbuat katibi işləyir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi: Teymur Mərdanoğlu 2020-ci ildən Mətbuat xidmətinin sədri vəzifəsində çalışır.
Diasporla İş üzrə Dövlət Komitəsi: Vəsilə Əliyeva 2018-ci ildə mətbuat katibidir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi: Yaqut Əliyeva artıq 10 ildən artıqdır ki, mətbuat katibi kimi fəaliyyət göstərir.
Dövlət Gömrük Komitəsi: Əməkdar jurnalist Natiq Axundov 2006-cı ilin aprel ayından Mətbuat xidmətinin rəisidir.
Dövlət Sərhəd Xidməti: 2022-ci ildən mətbuat katibi vəzifəsində Aftandil Abbasov çalışır.
Dövlət Statistika Komitəsi: Tünzalə Qarayeva hazırda burada mətbuat katibidir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi: Mətbuat xidmətinin rəhbərliyinə 2019-cu ildə Ramiz İdrisoğlu gətirilib.
Dövlət Miqrasiya Xidməti: Mətbuat xidmətinin hazırkı rəhbəri Elvin İsayevdir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti: İctimaiyyətlə əlaqələr və beynəlxalq münasibətlər şöbəsinin rəisi vəzifəsinə 2023-cü ildə Pərviz Sədrəddinov təyinat alıb.
Dövlət Turizm Agentliyi: Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə 2022-ci ildən Gülnar Mustafayeva rəhbərlik edir.
Qida Təhlükəsizliyi Agentliyi: İlkin Kərimov 2022-ci ildə İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdir müavini, İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə təyin olunub.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi: Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyevdir.
Dövlət İmtahan Mərkəzi: Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadədir.