Şair-publisist Soltan Abbas vəfat edib
- 19-07-2025, 13:31
- 354
“Report”un Aran bürosunun məlumatına görə, bu gün Neftçala rayonunun Ballıca kəndində yaşadığı evdə dünyasını dəyişən mərhum kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Soltan İsrafil oğlu Abbasov 1933-cü il yanvarın 7-də anadan olub. Bədii yaradıcılığa 1960-cı ildən başlayıb. 1985-ci ildən Azərbaycan yazıçılar Birliyinin üzvü olan Soltan Abbas “Damcı”, “Mənə çox öyrəşmə”, “Tut ağacı”, “Yollar-ömür yolum”, “Səyyah etdi söz məni”, “Nakam ömrün yaşıl anları”, “Ömrü yaşadan sözlər” və s. kitabların müəllifidir.
1994-cü ildə “Məmməd Araz” ali ədəbi mükafatına layiq görülüb.