AK sədri: Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edirik
- 14-07-2025, 14:35
- 226
Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə bildirib.
“Ümid edirəm ki, saziş ən qısa zamanda imzalanacaq”, - fon der Lyayen deyib.
AK rəhbərinin sözlərinə görə, hazırda Avropa ilə Ermənistan arasında münasibətlər həmişəkindən daha sıxdır. Tərəflərin iddialı tərəfdaşlıq gündəliyi var.
“Bizim davamlılıq və inkişaf planımız var, bu planda Ermənistana 270 milyon avro vəsaitin verilməsi nəzərdə tutulur”, - o qeyd edib.