Abidin Fərzəliyev Həştərxanda - Fotolar

Cəmiyyət

Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Rusiyanın Həştərxan vilayətinə işgüzar səfərə gedib.

xalqxeber.az-ın məlumatına görə, Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin icra başçısını iqamətgahında qəbul edib.

“Bizim Azərbaycanla əlaqələrimiz prezident İlham Əliyev, eləcə də Bakı şəhəri, Nərimanov rayon icra başçısının mövqeyinə görə yüksək səviyyədədir”, - deyə A. Jilkin bildirib.
Qubernator Abdin Fərzəliyevə vilayətin 300 illiyinə həsr olunmuş kitabı hədiyyə edib və qeyd edib ki, o, kitabın təqdim olunduğu ilk qonaqdır: “Kitabda həm də bizim mehriban qonşuluq əlaqələrimizin inkişafında Azərbaycanın mühüm rolu vurğulanıb”.
İşgüzar görüşdə tərəflər Azərbaycan Biznes Mərkəzinin tikintisinin bitməsi ilə bağlı məsələləri və Aleksandr Jilkinin rəhbərliyi ilə nümayəndə heyətinin Azərbaycana növbəti səfərini müzakirə ediblər.