“Şahbağı” mağazası fəaliyyətə başladı: Quru meyvə və şirniyyat bolluğu
- 11-07-2025, 20:55
- 424
Bunu “İki sahil”ə açıqlamasında Sədərək Ticarət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim deyib.
O bildirib ki, bu gün isə Sədərək Ticarət Mərkəzində daha bir möhtəşəm mağaza - “Şahbağı” fəaliyyətə başlayıb. Yeni mağaza quru meyvə və şirniyyatların topdan və pərakəndə satışı ilə məşğul olacaq. Müştərilərə həm yerli, həm də müxtəlif ölkələrin məhsulları təqdim ediləcək, lakin əsas üstünlük yerli istehsala veriləcək.
Kəmaləddin Qədim qeyd etdi ki, “Şahbağı” mağazasının üstün cəhətlərindən biri də məşğulluğa verdiyi töhfədir - burada 20-dən artıq işçinin çalışacağı nəzərdə tutulur. Bu isə təkcə ticarətin deyil, həm də sosial-iqtisadi inkişafın bir göstəricisidir.