Xəbər televiziyanın bel sütunudur – Yeni mövsümə yeniliklərlə gəlirik
- Dünən, 17:00
- 77
Müasir televiziyalarda xəbərlərin təqdimatında vizual və audio effektlərə geniş yer verilməklə yanaşı,qrafik həll də mühüm əhəmiyyət kəsb edir. Televiziya yayımında yeni texnologiyalardan istifadə xəbərin məzmununu daha anlaşılan edir, keyfiyyəti və təsir gücünü artırır. Müasir texnologiyalar yayımın keyfiyyəti ilə yanaşı, səmərəliliyini və interaktivliyini də artırır. Televiziya kanallarını izlədikcə, demək olar bütün kanallarda xəbər proqramları var və xəbər proqramları tv kanallarının güzgüsü, simasıdır.
İllərin sınağından çıxmış, ölkənin ictimai-siyasi,iqtisadi,sosial və digər sahələrini işıqlandıran, gündəlik həyatda baş verənləri qərəzsiz, operativ şəkildə çatdıran xəbər proqramlarının rolu böyükdür. Artıq özünə kifayət qədər auditoriya toplayan xəbər proqramlarından öyrəniləsi çox şeylər var.
Yenicə fəaliyyətə başlayan xəbər proqramlarından biri də MTV kanalında yayımlanan “Xəbərdar” proqramıdır. İlyarım müddətdə efirə çıxan “Xəbərdar” izləyicilərini gündəlik xəbərlərlə məlumatlandırır. Proqramda dövlət maraqlarının müdafiəsi ən mühüm şərtlərdən biridir. Bu, hər bir əməkdaşın qarşısında duran mühüm məsələdir və proqramda buna ciddi əməl edilir. Dövlətin, ictimaiyyətin maraqlarına xidmət etmək kimliyindən asılı olmayaraq hamının borcu olduğu kimi “Xəbərdar”da da bu prioritet məsələdir.
Bu gün dünyada baş verən siyasi-iqtisadi proseslər, geosiyasi dəyişikliklər, qloballaşma kimi amillər dövlət və ictimai maraqların mahiyyəti və təmin olunması ilə bağlı ortaya real çağırışlar qoyur. Dövlət və ictimai maraqlar arasında qarşılıqlı münasibət və ya bunların hansının daha üstün olması ilə bağlı fərqli siyasi düşüncələr, yanaşmalar ciddi araşdırıldıqdan sonra yayımına qərar verilir.
Bu baxımdan ictimai-dövlət maraqlarının ön planda saxlanması çox aktual məsələ kimi qarşımızda dayanır. İctimai maraqlar cəmiyyətin hər bir təbəqəsinin rəyini əks etdirir. Bu gün ictimai maraq dövlətçilik şüurunun daha da güclü inkişaf etdirilməsi, cəmiyyətə aşılanmasını tələb edir.
Yeni olmasına baxmayaraq, kiçik bir kollektiv ilə xəbərlər proqramlarının sırasına qoşulan,gün ərzində 3 dəfə yayımlanan “Xəbərdar”da Dövlət başçımız,Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi fəaliyyəti, səfərləri, qəbulları yayımlanır. İşğaldan azad olunan ərazilərimizdə aparılan tikinti-quruculuq işləri, iqdisadiyyatımızda,sosial həyatımızda baş verən yeniliklər, dünya xəbərləri və mədəniyyət xəbərləri sıralanır.
Xəbər televiziyanın bel sütunudur. Yeni mövsümdə yeniliklər “Xəbərdar”dan da yan keçməyəcək. Efirə yeniliklərlə gələcəyik. Nəzərdə tutduğumuz yenilikləri izləyicilərimiz dərhal hiss edəcəklər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə telekanallarına diqqət və qayğısı bizi də ruhlandırır və ölkəmizə,dövlətimizə,dövlətçiliyimizə azacıq olsa da bu sahədə verdiyimiz töhfələrdən qürur duyuruq.
Fatimə Paşayeva
“Xəbərdar” proqramının baş redaktoru