Rusiyadan daha bir RƏZALƏT - Azərbaycanlı ailə deportasiya edildi
- Dünən, 14:13
- 64
16 yaşlı rusiyalı yeniyetmə ilə azərbaycanlı ailədən olan 13 yaşlı oğlan arasında internet üzərindən başlayan mübahisə sonradan davaya çevrilib.
Hadisənin yeniyetmələr arasında baş verməsinə baxmayaraq, polis əvvəlcə azərbaycanlı yeniyetməni, daha sonra onun atasını, ardınca isə bütün ailəni saxlayıb.
Rusiya Daxili İşlər Nazirliyi 13 yaşlı yeniyetmənin, onun valideynləri, qardaşı və bacısının ölkədən deportasiya edildiyini bildirib.(Bakupost.az)