Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb
- Dünən, 18:55
- 50
Bu barədə Ukrayna Baş naziri Denis Şmıqal teleqram kanalında bildirib.
"İlin əvvəlindən son tranş da daxil olmaqla, Rusiyanın dondurulmuş aktivləri hesabına təxminən 17,6 milyard dollar əldə etmişik", - o yazıb.
D.Şmıqal vurğulayıb ki, Ukrayna Rusiyanın dondurulmuş vəsaitlərinin tam müsadirəsində israr edir: "Bu vəsaitlər zərərçəkənlərə kompensasiyaların ödənilməsi və dövlətimizin bərpası üçün lazımdır. Bu, həmçinin gələcəkdə təcavüzkar müharibələrin qarşısını almaq üçün ədalət aktı olacaq".