"Məcnun Məmmədov ciddi düşünsün" - ÇAĞIRIŞ

Cəmiyyət

Faktinfo.az xəbər verir ki,Sabirabad rayonu Polad Tuğay kəndində iribuynuzlu mal-qaranın qarayara xəstəliyinə qarşı vaksinasiya edilməməsi sakinlərdə narahatlıq yaradır.

"Polad Tuğayda və ətraf 4-5 kənddə baytar həkim yoxdur,dəfələrlə şikayət etmişik,heç bu barədə düşünmək istəyən yoxdur.Gözləyirlər mal-qaramız qarayara xəstəliyinə yoluxsun."-İntizam Hüseynov növbəti şikayətində bildirir.

Şikayətçi rayonun Poladtuğay kənd sakini İntizam Hüseynov onu da qeyd edir ki,iribuynuzlu mal-qaranın qarayara xəstəliyinə qarşı vaksinasiya edilməməsinin səbəbini etdikləri hər şikayətdən sonra baytar həkimin olmaması ilə əlaqələndirmək yersizdir.Hər halda baytar həkimi onların tapıb,təmin etməsi iradələrindən kənardı.Bununla aidiyyatı qrum məşğul olmalıdır.

"Mənim 14 baş iribuynuzlu mal-qaram var.Kənddə elə ailələr var 20,25 hətta 30 baş heyvanı var.Kənd sakinləri adından bildirirəm ki,kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu barədə ciddi düşünsün.Belə olmaz,mən heyvandarlıqda ciddi xəstəlikdən,qarayara xəstəliyindən bəhs edirəm. Bütün kənd sakinləri də mənim kimi narahatdırlar,onların adından bildirirəm ki,baytar həkiminin olmaması təkcə Sabirabad rayonu Poladtuğay kəndində narahatlıq yaratmır, bu rayonun Həşimxanlı,Çığırğan,Adadakənd,Safkoz kəndlərində də pis qarşılanır."

Xatırladaq ki,bir müddət əvvəl Faktinfo.az bu barədə xəbər vermişdi.

Yaranmış vəziyyətlə bağlı Sabirabad Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəisi Fikrət Rəsulov məsələyə münasibət bildirmişdi.

Fikrət Rəsulov qeyd etmişdi ki,Poladtuğay kənd sakini İntizam Hüseynovun narahatçılığından xəbərdaram.Onun yaşadığı və adını qeyd etdiyi kəndlərdə iribuynuzlu mal-qaranın qarayara xəstəliyinə qarşı vaksinasiya edilməməsinə mən də həssas yanaşıram.Düzgün qeyddir,iribuynuzlu mal-qara qarayara xəstəliyinə qarşı vaksinasiya edilməlidir.

Problem ondadır ki,qeyd edilən kəndlərə ali və orta təhsilli baytar həkim tapıb təyin edə bilmirik.Peşə təhsilli şəxsləri də işə götürməyə ixtiyarımız yoxdur,qanun yol vermir.Bildiyiniz qədər bu barədə ölkə rəhbərinin müvafiq sərəncamı var.Yəni problemin təməl prinsipi rayonun Polad Tuğay kənd sakini İntizam Hüseynova da izah etdiyim kimi,ali və orta ixtisaslı baytar həkim çatışmazlığıdır.Amma bununla belə çalışan qədər əlimizdən gələn köməkliyi kənd sakinlərindən əsirgəməyəcəyik,şəkilində münasibət bildirmişdi.

Faktinfo.az