Azərbaycan ABŞ iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 2 dəfə artırıb
- Dünən, 10:38
- 77
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanın ABŞ iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 2,2 %-dən 4,7 %-ə çatıb.
Rüb ərzində ABŞ isə Azərbaycan iqtisadiyyatına 42,3 milyon dollar birbaşa investisiya yatırıb. Bu, 1 il əvvələ nisbətən 31,1 % çoxdur.
Hesabat dövründə ABŞ-in Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 2,1 %-dan 2,8 %-a çatıb.
Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyalar 315,1 milyon ABŞ dolları (ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 % az), ölkəyə xaricdən cəlb edilmiş birbaşa investisiyalar isə 1 milyard 519 milyon ABŞ dolları (0,7 % çox) təşkil edib.