Səfir Ukrayna vətəndaşlarının İrandan təxliyəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib

Cəmiyyət

 
Ukraynanın 31 vətəndaşı, o cümlədən 12 qadın və 14 uşaq İrandan Azərbaycan vasitəsilə təxliyə olunub.

Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev özünün "X" hesabında yazıb.

O, dəstəyə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.