Nərimanov rayonunda qanunsuz tikintilərə kim nəzarət edir? -Video

Cəmiyyət / Video

Xəbər verdiyimiz kimi  Nərimanov rayonunda  Həsən Əliyev küçəsində yerləşən obyektə qanunsuz olaraq ikinci mərtəbə əlavə edilir.

Məsələ ilə bağlı  əməkdaşımıza Nərimanov rayon icra hakimiyyəti başçısının müavini İlqar Mirzəyev qanunsuz tikintidən məlumatsız olduğunu bildirdi. Başçının müavini qeyd etdi ki, Təsərrüfat şöbəsi bu işlərlə məşgul olur. Rayon Təsərrüfat şöbəsinin müdiri Rüfət Əhmədzadə isə açıqlama verməkdən imtina edərək mətbuat xidməti əlaqə saxlayacağını bildirdi,lakin heç bir açıqlama verilmədi.

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən telefon zənglərinə cavab verən olmadı.

İddia olunur ki, Nərimanov rayonun Həsən Əliyev küçəsində qanunsuz tikintiyə nəzarəti  Mənzil-Kommunal Təsərrüfat Birliyinə rəisi  Manaf Manafov həyata keçirir.



Məsələ ilə bağlı qurumların açıqlamasını dərc etməyə hazırıq

Qeyd edək ki,  2022-ci ildən  Nərimanov İcra hakimiyyətinin başçısı Elgin  Həbibullayevdir.



Qanunsuz tikintinin görüntülərini təqdim edirik:(Xalq.online)